"Çelsi" klubu PSJ-nin futbolçusunu transfer etmək istəyir.

 Offsideplus.az "Footmercato"ya istinadla xəbər verir ki, London təmsilçisi, PSJ-nin mərkəz yarımmüdafiəçisi Marko Verrattini sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, "zadəganlar" 30 yaşlı futbolçunu bu yay transfer etmək istəyir.

Qeyd edək ki, PSJ-dən ayrılmağa hazırlaşan Verratti bugünlərdə Səudiyyə Ərəbistanı klublarından aldığı təklifi rədd edib.