İngiltərənin "Liverpul" klubu "Selta Viqo"nun futbolçusunu heyətinə cəlb etmək uğrunda cəhdlərini davam etdirir.

 Offsideplus.az "Estadio Deportivo"ya istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Selta Viqo"nun mərkəz yarımmüdafiəçisi Qabri Veyqa üçün hərəkətə keçib.

"Qırmızılar" 21 yaşlı futbolçu üçün 25 milyon avro təklif edir.