İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, London təmsilçisi, "Monpelye"nin mərkəz hücumçusu Elye Uahini sıralarına qatmaq istəyir.

"Zadəganlar" 20 yaşlı fransalı forvard üçün qarşı tərəfə 27 milyon avro təklif etsə də, rədd cavabı alıb.

Lakin Uahi "Çelsi"də çıxış etmək istəyir.