"Çelsi" klubunda daha bir ayrılıq yaşana bilər.
Offsideplus.az "Sky İtalia"ya istinadla xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Sezar Aspilikueta komandanı tərk etmək niyyətindədir.
33 yaşlı ispaniyalı müdafiəçi hazırda İtaliya "İnter"i ilə danışıqlar aparır. Onu bu yay A Seriyası təmsilçisinə keçəcəyi gözlənilir.
Bildirək ki, bugünlərdə Nqolo Kante və Kay Haverts "Çelsi"nin sıralarını tərk edib.