"Çelsi" klubunun yeni baş məşqçisi Maurisio Poçettino sərəncamında görmək istəyidi daha bir futbolçunun adını rəhbərliyə bildirib.

Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, argentinalı mütəxəssis Almaniya "Leypsiq"inin hücumçusu Kristofer Nkunkunu "zadəganlar"da görmək istəyir.

"Çelsi"nin 25 yaşlı forvard üçün danışıqlara başlayacağı gözlənilir.

Bildirək ki, Nkunkunun "Leypsiq"lə 2026-cı ilədək müqaviləsi var.