"Arsenal"ın oyunçusu Martin Odeqar klubdakı gələcəyi ilə bağlı danışıb. 

Offsideplus.az xəbər verir ki, norveçli oyunçu "Tv2"yə açıqlama verib.

"Arsenal"da oynamaqdan məmnunam, ümid edirəm hələ uzun müddəti burda qalaram. Yayda müqavilə ilə bağlı qərar veriləcək. "Arsenal"la hələ ki, danışmamışam. Bu, məndən asılı deyil, düzünü desəm. Tələsmirik, müqaviləmin müddəti uzundur", Odeqar deyib.