İngiltərənin "Arsenal" klubunun kapitanı Martin Ödeqard gələcək karyerası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi "TV2"yə açıqlamasında uzun müddət London təmsilçisinin şərəfini qorumaq istədiyini bildirib:
"Arsenal"la daha iki illik müqaviləm var. Hazırda ancaq komandamı düşünürəm. Hətta uzun müddət "Arsenal"da oynamaq istəyirəm".
Bildirək ki, norveçli futbolçunun bu yay PSJ-yə keçəcəyi gözlənilirdi.