"Liverpul" klubunda daha bir ayrılıq yaşana bilər.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi mərkəz yarımmüdafiəçisi Tiaqo Alkantara ilə yolları ayırmağa hazırlaşır. 

32 yaşlı futbolçu "qırmızılar"dan ayrılarsa, azad agent olacaq.

Xatırladaq ki, "Liverpul" bir neçə gün əvvəl Ceyms Milnerlə yollarını ayırıb.