İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Foot Mercato"ya istinadla xəbər verir ki, London təmsilçisi, Fransa "Monpelye"sinin mərkəz hücumçusu Elye Uahini sıralarına qatmağa yaxındır.

"Topçular" 20 yaşlı forvardın keçidini yayda həll etməyi düşünür.