Eşli Yanq bu yay müqaviləsi başa çatdıqdan sonra "Aston Villa"nı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu başa çatan mövsüm bütün turnirlərdə 32 oyun keçirib və 1 qol vurub.
Xatırladaq ki, Yanq 2021-ci ildə “Aston Villa”ya qayıdıb. Bundan sonra klub futbolçunun müqaviləsini daha bir il uzadıb. O, karyerası ərzində "Mançester Yunayted", "İnter", "Uotford" kimi komandaların da formasını geyinib.