Bu mövsümün sonunda İngiltərənin "Arsenal" klubunda ayrılıq yaşanacaq.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "topçular"ın isveçrəli yarımmüdafiəçisi Qranit Caka komandadan ayrılacaq.

London təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi mövcud olan 30 yaşlı futbolçu özünü bu klubda xoşbəxt hiss etmir və yeni iş yeri axtarır.