Tyerri Anri futbola 5 yeni qaydanın gətirilməsini istəyir.
Offsideplus.az xəbər verir ki, "Arsenal" və Fransa millisinin sabiq futbolçusu aşağıdakı qaydaların futbola gətirilməsini arzulayır:
3 qol vuran hər komandaya əlavə 1 xal verilməlidir;
Hakimlər matçdan sonra mətbuata açıqlama verməli və meydanda mikrofon taxmalıdırlar;
Bir komanda vaxt aparmağa çalışsa, qapıdan 20-25 metr uzaqdan cərimə zərbəsi verilməlidir;
Mümkün zədələnmə durumunda zədələnən futbolçuya meydandan kənarda tibbi yardım göstərilərkən, əvəzinə başqa futbolçu oyuna daxil edilməlidir;
Futbolçular transfer olmaqda öncə yeni komandalarında sınanmalıdır.