İngiltərənin "Arsenal" klubunda ayrılıq yaşanacaq.

 Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, söhbət "topçular"ın 30 yaşlı mərkəz yarımmüdafiəçisi Qranit Cakadan gedir.

İsveçrəli futbolçu müqaviləsinin müddəti 2024-cü ilədək olmasına baxmayaraq, London təmsilçisinin sıralarını tərk edəcək. O, Premyer Liqada mübarizə aparan digər klubların birindən cəlbedici təklif alıb.

Qeyd edək ki, Caka 2016-cı ildən "Arsenal"ın uğurları üçün çalışırdı.