İngiltərənin "Tottenhem" klubunun əsas hücumçusu Harri Keyn yayda komandanı tərk edə bilər.

 Offsideplus.az "Telegraph"a istinadla xəbər verir ki, 29 yaşlı forvard London təmsilçisində qalmaq istəmir.

O, "Bavariya"dan gələn təklifi dəyərləndirmək fikrindədir.

Qeyd edək ki, Keynin "Tottenhem"lə 2024-cü ilədək müqaviləsi var.