"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, "şəhərlilər" "Arsenal"ın şotlandiyalı müdafiəçisi Kiran Tirnini sıralarına qatmaq niyyətindədir.

Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola 25 yaşlı futbolçunu yayda sərəncamında görmək istəyir.

Tirni 2019-cu ildən "Arsenal"da çıxış edir.