Erik ten Haq son dönəmlər tənqid hədəfi olan Harri Maquayrla bağlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis ingiltərəli müdafiəçinin komandadakı vacibliyindən söz açıb:

"Harri Maquayrın vacib rolu var. O, kapitandır, komandaya liderlik edir, baş məşqçi ilə əlaqə qurur və komandanı motivasiya edir. O, məşqdə nümunədir".