"Liverpul"un baş məşqçisi Yürqen Klopp komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı açıqlama verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis jurnalistin "Başqa kluba keçib, transferlərə istədiyiniz məbləği xərcləyə bilərsiniz..." ifadəsinə belə cavab verib:
"Bəli, lakin "Liverpul" mənim klubumdur. Mənə təklif edirsiniz ki, buranı tərk edib, başqa iş axtarım? Düzünü desəm, məndən nə istədiyinizi bilmirəm. Yayda transfer bazarında görəcəyimiz işlər var, biz də bunu edəcəyik".
Qeyd edək ki, 55 yaşlı mütəxəssisin "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.