"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Real"a keçidi gerçəkləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, belçikalı qolkiper  sabah Madridə gedəcək. Onun yaxın vaxtlarda "Real"la müqavilə imzalayacağı iddia olunub.

Qeyd edək ki, "Real"a keçmək istəyən Kurtua "Çelsi"nin məşqinə çıxmaqdan imtina edib. Buna görə o, 200 min funt-sterlinq məbləğində cərimələnib.