"Çelsi" "Real"a keçidi gündəmdə olan Tibo Kurtuanı cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna belçikalı qapıçının hələ də London klubunun düşərəsinə qayıtmaması səbəb olub. Komandanın dünənki məşqinə çıxmayan 26 yaşlı qolkiper bugünkü hazırlıqda da iştirak etməyib. Məhz bu hərəkətinə görə klub Kurtuanı 200 min funt-sterlinq məbləğində cərimələyib.
Qeyd edək ki, "Çelsi"nin yeni baş məşqçisi Mauritsio Sarri yalnız layiqli əvəzləyici tapacaqları halda Kurtuanı "Real"a satacaqlarını açıqlayıb.(qol.az)