"Çelsi" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Offsideplus.az "zadəganlar"ın rəsmi saytına istinadla xəbər verir ki, komandanı Frenk Lempard çalışdıracaq. İngiltərəli mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi"nin son baş məşqçisi 4 gün əvvəl istefaya göndərilən Qrem Potter idi. Frank Lempard isə 2019-2021-ci illərdə də "Çelsi"yə baş məşqçilik edib. Onun son iş yeri "Everton" olub.