"Mançester Yunayted"in formasını geyinən Rafael Varan gələcək karyerası barədə danışıb.

Offsideplus.az xəbər verir ki, fransız müdafiəçi karyerasını 3 klubdan birində başa vuracaq. O, bu barədə "GQ Sports"a açıqlama verib:

"Karyeramı "Real Madrid"də, "Mançester Yunayted" və ya "Lens"də bitirəcəm. Madrid çətin görünür, buna görə də, ya "Yunayted", ya da "Lens" olacaq". 

Qeyd edək ki, Varanın "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.