"Liverpul"un hücumçusu Məhəmməd Salah klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. Xəbərə görə, misirli futbolçu karyerasını La Liqada davam etdirmək istəyir.
Misirli ulduzun yayda "mersisayd" təmsilçisindən ayrılacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı forvard 2017-ci ildən "Liverpul"da çıxış edir. O, bu mövsüm bütün yarışlarda 39 matçda 22 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Salahın "qırmızılar"la müqaviləsi 2025-ci ilin yayına qədərdi.