"Tottenhem"in baş məşqçisi Antonio Konte Harri Keynin gələcək karyerası barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, o, 29 yaşlı hücumçu barədə bu sözləri deyib:

"Bu, futbolçu və klubdan asılıdır, məndən yox. Deyə bilərəm ki, Harri bu komanda üçün çox vacib oyunçudur. Qərarı onlar verəcək".

Qeyd edək ki, Keynin London təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin sonunda başa çatır.