İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul" öz meydanında "Mançester Yunayted"i (7:0) böyük hesabla məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu oyunda dublla yadda qalan misirli hücumçu Məhəmməd Salah klubun tarixinə düşüb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, 30 yaşlı futbolçu İPL-da vurduğu qolların sayını 129-a çatdıraraq, klubun ən yaxşı bombardiri olub. O, bu göstəricidə komandanın sabiq hücumçusu Robbi Fauleri (128 qol) qabaqlayıb.

İlk "üç"lüyü isə 120 qolla "qırmızılar"ın əfsanəvi kapitanı Stiven Cerrard qapayır.