London "Arsenal"ı İngiltərə Premyer Liqasının 7-ci turunda təxirə salınan və ötən gün keçirilən "Everton"la görüşdə qalib gəlməklə ölkə futbolu tarixində ilkə imza atıb.

Offsideplus.az xəbər verir ki, "topçular" "Everton"u ümumilikdə 100-cü dəfə məğlub edib.

Bununla da, "Arsenal" çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub adını qazanıb.