London "Arsenal"ı yarımmüdafiəçisi Bukayo Saka ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadacaq.

Offsideplus.az xəbər verir ki, tərəflər müqavilənin şərtləri barədə razılığa gəliblər.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 23 matçda 9 qol və 8 qolun ötürməsini verib. O, 2018-ci ilin yayından "Arsenal"ın əsas komandasında oynayır.