“Liverpul” klubu bu mövsümün sonunda baş məşqçisi Yurgen Kloppla yollarını ayıra bilər.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin bütün turnirlərdə əldə etdiyi son nəticələr klub rəhbərliyini almaniyalı mütəxəssis barədə düşünməyə vadar edib.
Kloppun yerinə ən real namizəd isə İtaliya A Seriyası təmsilçisi “Napoli”nin çalışdırıcısı Luçano Spalettidir. O, bu haqda yayılan xəbəri təsdiqləyib.
Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.