"Everton" baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
Offsideplus.az Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Frenk Lempard keçən ilin yanvarından "Everton"a baş məşqçi təyin olunmuşdu. Komanda onu rəhbərliyi altında 44 oyunda 12 qələbə, 8 bərabərlik və 24 məğlubiyyət əldə edib. Liverpul təmsilçisi hazırda Premyer Liqada 15 xalla 19-cu pillədə yer alıb.