"Vulverhempton"la keçirilən oyun "Mançester Siti"nin futbolçusu Erlinq Haaland üçün əlamətdarlığı ilə yadda qalıb.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, o, komandanın sabiq futbolçusu Serxio Aqueroya məxsus rekordu yeniləyib.
Matçda het-trik edən norveçli hücumçu komandanın ev oyunlarını keçirdiyi "Etihad" stadionunda bu mövsüm 19-cu qolunu vurub (11 oyunda) .
Xatırladaq ki, Aquero isə 2011-2012 mövsümündə ev oyunlarında 16 qol vurmuşdu.
Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada ümumilikdə 19 oyunda 25 qol vurub.