"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Xəbərə görə, "zadəganlar" fransalı vingeri 2023-cü ilin yayında transfer edəcək. Klub 25 yaşlı oyunçu üçün Bundesliqa təmsilçisinə 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kristofer Nkunku "Leyptsiq"ə 2019-cu ilin yayında PSJ-dən keçib.