Xulen Lopeteqi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”ya məğlubiyyətdən sonra istefaya göndərilən mütəxəssis artıq yeni klubla danışıqlara başlayıb.

Onun xidmətində İngiltərə “Vulverhemton”u maraqlıdır. Tərəflər arasında qısa müddətdə ilkin razılığın əldə olunduğu bildirilir.