Avstraliyanın “Sentral Kosta” klubunun hücumçusu Qaranq Kuol “Nyukasl”a keçib.

Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı sövdələşmənin məbləği açıqlanmayıb.

18 yaşlı avstraliyalı gələn ilin yanvar ayında yeni komandasına qoşulacaq. Həmin vaxta qədər o, “Sentral Kosta”da oynamağa davam edəcək.