"Çelsi"nin futbolçusu Kristian Pulişiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

 Offsideplus.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın "Milan" klubu yaxından maraqlanır. "Qırmızı-qaralar" amerikalı futbolçu üçün qış transfer dönəmində "Çelsi"yə rəsmi təklif göndərəcək.

Futbolçunun komandadakı gələcəyi barədə "zadəganlar"ın baş məşqçisi Qrem Potter qərar verəcək.