Tomas Tuxellə yollarını ayıran "Çelsi" komandaya yeni baş məşqçi axtarışındadır.

Offsideplus.az "Telegraph"a istinadən xəbər verir ki, baş məşqçi postuna 3 əsas namizəd var. Onlardan birincisi "Brayton"un baş məşqçisi Qraham Potterdir. Onun rəhbərliyi altında komanda hazırda turnir cədvəlində 13 xalla 4-cü pillədə qərarlaşıb.

Digər namizədlər isə hazırda işsiz olan Maurisio Poçettino və Zinədin Zidandır.