"Mançester Siti"nin yanvar ayında transferə görə ayıracağı büdcə məlum olub.

 Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanı DÇ-da hansısa futbolçu diqqətini çəksə, onda klub rəhbərliyi bunun üçün büdcə ayıracaq. Bu barədə "The Sun " nəşri məlumat yayıb.

Xəbərə görə transfer büdcəsi 117 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.