"Real"ın futbolçusu Marko Asensio "Mançester Yunayted"in hədəfindədir.

 Offsideplus.az "Relevo"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı forvard üçün "Kral klubu"na rəsmi təklif göndərməyə hazırlaşır.  İngiltərə təmsilçisi ispaniyalı oyunçu üçün 30 milyon avro verməyə hazırdır. 

Qeyd edək ki, Asensionun "Real"la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.