"Mançester Yunayted"in futbolçusu Harri Maquayr komandanı tərk etməyəcək.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi "Çelsi"nin maraqlandığı mərkəz müdafiəçisinin satışını əngəlləyib.
Qeyd edək ki, Maquayrın Mançester təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.