"Çelsi" "Mançester Yunayted"in kapitanı Harri Maquayrı transfer etmək istəyir.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" 29 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. London təmsilçisi Maquayrın qarşılığında Kristian Pulişiçi təklif edir.

Qeyd edək ki, Harri Maquayr 2019-cu ildə "Lester"dən "Mançester Yunayted"ə transfer olunub.