"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Kristian Pulişiç ilə maraqlanır. 

 Offsideplus.az "Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı vingeri icarə əsasında heyətinə qatmaq istəyir. "Zadəganlar" "Nyukasl", "Yuventus" və "Atletiko"nun (Madrid) da hədəfində olan futbolçunu göndərməyə hazırdır. 

Pulişiçə gəlincə, amerikalı oyunçu ona fərqli mövqelərdə çıxış etməyə imkan yaradacaq "Mançester Yunayted"ə yollanmağa həvəslidir.

Qeyd edək ki, Kristian Pulişiç 2019-cu ildən "Çelsi"nin formasını geyinir.