"Lester"in yarımmüdafiəçisi Hamza Çaudri karyerasını Çempionşipdə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı oyunçu 2022-2023 mövsümünü icarə əsasında "Uotford"da keçirəcək. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Çaudri 2017-ci ildən "tülkülər"in əsas komandasında çıxış edirdi. O, bu müddətdə 84 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.