"Çelsi" komandanın kapitanı ilə yeni müqavilə bağlayıb.
Offsideplus.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Sesar Azpilikueta daha iki il "zadəganlar"ın formasını geyinəcək. 32 yaşlı müdafiəçi komandada qalmaqdan məmnunluğunu dilə gətirib:
"Karyeramı "Çelsi"də, evimdə davam etdirdiyim üçün çox xoşbəxtəm. Kluba ilk transferimdən demək olar ki, 10 il keçib. Azarkeşlərimizin sevgisini hiss edirəm, yeni layihələr üçün çox həyəcanlıyam".
Qeyd edək ki, Sesar 2012-ci ildə "Marsel"dən "Çelsi"yə keçid edib.