"Mançester Yunayted" heyətini yeni futbolçu qatmağa hazırlaşır.

 Offsideplus.az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın mərkəz müdafiəçisi Lisandro Martinesi transfer edəcək. Artıq klubun bu keçid üçün Amsterdam təmsilçisinə nə qədər ödəyəcəyi də məlum olub. Mənbənin məlumatına görə, Argentina millisinin üzvü 54 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu ildən çıxış etdiyi "Ayaks" klubunda 120 oyunda meydanda olub. Lisandro Martines elə həmin ildən çağrıldığı millidə isə 7 matç keçirib.