"Çelsi" futbolçusu Armando Broya ilə yollarını ayıra bilər.

 Offsideplus.az "Ora News"a istinadən xəbər verir ki, 20 yaşlı albaniyalı hücumçu yeni mövsümdə şans tapa bilməsə, "zadəganlar"ı tərk edəcək.

Gənc forvard ötən mövsüm icarə əsasında "Sauthempton"da çıxış edib.

Qeyd edək ki, Broya  "Çelsi" yetirməsidir.