"Çelsi" klubunun keçmiş qapıçısı, hazırda isə "zadəganlar"ın texniki direktoru və idman müşaviri Petr Çex London təmsilçisindən gedir.

Offsideplus.az xəbər verir ki, çexiyalı veteran qolkiper iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməyib.

Çex idman direktoru Marina Qranovskaya və direktorlar şurasının sədri Brüs Bakın klubdan getməsindən sonra istefa vermək qərarına gəlib. Hər iki şəxs 2003-cü ildən “Çelsi”də idi.