“Everton” klubunun ulduz hücumçusu Ueyn Runinin  “Di Si Yunayted”ə  keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin detalları barədə məlumat verilməyib. O, yeni klubunda 9 nömrəli forma geyinəcək.

 Qeyd edək ki, U.Runi ötən mövsüm 40 matçda 11 qol vurub.