"Nyukasl" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "sağsağanlar" Leverkuzen "Bayer"inin 22 yaşlı vingeri Musa Diabini heyətinə qatacaq. İngiltərə təmsilçisi bu keçid üçün almanlara 52 milyon funt-sterlinq verəcək.

Qeyd edək ki, Fransa yığmanın üzvü bu sezon "Bayer" formasıyla 42 matçda 17 qol və 14 məhsuldar ötürmə edib.