Mövsümü çempion olaraq başa vuran "Mançester Siti"də ayrılıq yaşanır.

Offsideplus.az "talkSPORT"a istinadən xəbər verir ki, Natan Ake "şəhərlilər"i tərk etmək niyyətindədir.

27 yaşlı oyunçu bu sezon 10 Premyer Liqa matçında meydana çıxıb. Onunla "Nyukasl" yaxından maraqlanır.

Qeyd edək ki, Natan Ake 2020-ci ildən "Mançester Siti"də çıxış edir.