"Mançester Yunayted" "Real"ın futbolçusu Marko Asensioniu heyətinə qatmağa yaxındır.
Offsideplus.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı oyunçu üçün Madrid klubuyla danışıqlara başlayacaq. "Kral klubu" ilə növbəti mövsümün sonunadək müqaviləsi olan vingerin İngiltərədə oynamaq istəyinin olduğunu bildirilib.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2015-ci ildən "Real"da çıxış edir.