Münhen "Bavariya"sının polşalı hücumçusu Robert Levandovski "Çelsi" klubunun maraq dairəsinə düşüb.

Offsideplus.az "goal.com" saytına istinadla xəbər verir ki, London təmsilçisi 33 yaşlı futbolçu ilə bağlı vəziyyəti izləyir. "Zadəganlar"ın bu transferə görə "Barselona" ilə mübarizə aparacağı gözlənilir.

Qeyd edək ki, Levandovski menecerinə "Bavariya"da qalmaq istəmədiyini bildirib. 33 yaşlı forvardın Almaniya klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyunu başa çatır.