Növbəti mövsümdən etibarən "Mançester Yunayted"i çalışdıracaq Erik ten Haq komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu klubda saxlayacaq.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, Ronaldo "qırmızı şeytanlar"ın vacib oyunçusudur və komandada qalmalıdır.
Qeyd edək ki, 37 yaşlı oyunçu bu mövsüm "Mançester Yunayted"də 39 oyunda 24 qol vurub, 3 qolun ötürməsini verib.